"Nissan" Tokyoda "qaynar" Leaf Nismo konseptini göstərəcək - FOTO

Nissan şirkəti bu ayın sonunda işinə başlayacaq Tokyo avtosalonunda "qaynar" Leaf Nismo elektrokarının konseptual variantını təqdim edəcək. Bu gün yapon şirkətinin mətbuat xidməti konseptin fotoşəkillərini dərc edib. Elektrokarın Nismo variantının buraxılmasının başlıca məqsədi, elektrokarların xarici görünüşü və yavaş imici ucbatından, belə avtomobillərin alınmasından çəkinən müştəriləri cəlb etməkdir. idman ekokarını barədə ətraflı məlumat verilməsə də, qaynar elektromobilin yalnız aqressiv kuzov dəstinə malik olan adi ekokar olacağı ehtimal edilir. 2019-cu ildə yenilənmiş Nissan Leaf modelinin işıq üzü görəcəyi ehtimal edilir. Bu modifikasiya daha sərt kuzova və iri tutumu olan batareyalar dəstinə malik olacaqdır. Konseptdə nümayiş olunmuş kuzov dəstinə malik olacaq avtomobil, elektrokarın idmansayağı variantı sayılacaqdır. Yeni nəsil Nissan Leaf modeli keçən ay keçirilmış Frankfurt avtosalonunda debüt edib. Hetçbek 150 at qüvvəsi hasil edən elektromotora, 40 kilovat-saatlıq litium-ion batareyalar dəstinə və elektron akselerator pedalına sahib olub. Yeni elektron pedal, eyni zamanda, əyləc pedalını da əvəz edir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO


















