Polestar "Volvo XC60" modelinin hibrid variantını tüninq edib - FOTO

Volvo şirkətinin zavod tüninq atelyesi olan Polestar şirkəti XC60 krossoverinin hibrid modifikasiyası üçün hazırladığı tüninq proqramını təqdim edib. Mühəndislər mühərrikin gücünü artırmış və səkkiz pilləli avtomatik sürətlər qutusunun üzərində çalışmışdırlar.
Misal olaraq, krossoverin T8 bibrid modifikasiyası təkmilləşdirmələrdən sonra 421 at qüvvəsinə malik olub. Bu standart krossoverdə olduğundan 14 at qüvvəsi çoxdur. Xatırladaq ki, XC60 T8 modelinin güc qurğusunun tərkibinə turbokompressor və mexaniki kompressorla təchiz edilən 2,0-litrlik benzin turbomühərrik, 87 qüvvəli elektromühərrik və 9,2 kilovatt/saatlıq litium-ion batareyaları daxildir.
Bununla belə, Polestar tüninq keçmiş avtomobilin dinamikası barədə məlumat verməyib. Adi Volvo CX60 krossoveri 100 km/saat sürətini 5,3 saniyəyə toplayır.
Volvo şirkətinin iddiasına görə, krossover 100 kilomerə 2,1 litr yanacaq sərf edir. Yalnız elektrik ötürməsindən istifadə etməklə krossover 45 kilometr getmək imkanına malikdir. (autograph.az)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO



















