"Porchse" ilə "avtoş"luq edən gəncə 20 sutka həbs cəzası verildi – VİDEO

Bakıda toy karvanında avtoxuliqanlıq edən sürücüyə inzibati həbs cəzası verilib. Avtosfer.az-ın Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü İbrahimov Rəhman Faiq oğlu bu gün Nərimanov rayon Məhkəməsinin qərarı ilə 20 gün inzibati həbs cəzasına məhkum edilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
O, dostunun toyunda idarə etdiyi "Porsche" markalı avtomobillə avtoxuliqanlıq etdiyi üçün dünən gecə Bakıda yol polisləri tərəfindən saxlanılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyev prospektinə çıxan körpüdə baş verdiyi bildirilir. Toy karvanında hərəkət edən "Porsche" markalı avtomobilin tərsinə hərəkət etməsi görənləri təəccübləndirib. Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. "Avtoşluq" edən sürücünü kameraya çəkən yaxını onu "Zadni Rəhman" kimi təqdim edib. Çəkilişi aparan şəxs "Oğlanlar var, şərait yoxdur" deyib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bu gün Nərimanov rayon Məhkəməsi ədalətli qərar verməklə həmin oğlana "şərait" yaratmış oldu…
Elmin
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












