"Porsche" "Audi"dən 200 milyon avro tələb edib

Bild nəşrinin bildirdiyinə görə, Volkswagen qrupunun tərkibinə daxil olan Porsche şirkəti Audi şirkətindən “dizel qalmaqalı” ilə əlaqədar çəkilən xərcləri ödəməyi tələb edib. Mühərriklərin proqram təminatının yenilənməsinə, hüquqi məsləhət və müştərilərə ödənilmiş təzminatların ödənilməsinə Porsche 200 milyon avro xərclədiyini bildirib.
2015-ci ildə Audi şirkəti, Porsce Cayenne modelinə quraşdırılan 3,0-litrlik TDI mühərriklərində aldadıcı proqram təminatını istifadə etdiyini boynuna almışdı. Bundan sonra ABŞ-ın Ətraf mühitin müdafiəsi agentliyi (EPA) Volkswagen konserninə qarşı mülki iddia qaldıraraq, 600 min avtomobili təmir etməyi tələb etmişdi. 2017-ci ildə Almaniya hökuməti Porsche şirkətini dizel mühərrikli 22 min Cayenne modelini geri çağırmağı, Deutsche Umwelthilfe (DUH) ekoloji təşkilatı isə, alman istehsalçısından 100 milyon avro tutulmasını tələb etmişdi.
Xatırladaq ki, dizel mühərrikləri ilə bağlı qalmaqal 2015-ci ilin sentyabrında başlamışdır. O zaman, amerikan ekoloqları Volkswagen konsernini yoxlama zamanı zərərli tullantıların səviyyəsini azaldan proqram təminatının istifadəsində günahlandırmışdılar. Elektron alqoritm ölçmə avadanlığının qoşulması zamanı tullantıların səviyyəsini dəfələrlə azaldırmış. Ümumilikdə, alman konserni 11 milyon avtomobili təmir etməlidir. Volkswagen qrupuna daxil olan Porsche və Audi şirkətləri də bu qalmaqaldan böyük zərər görüblər. (Autograph)
Orxan
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










