"Porsche Cayenne" xüsusi versiyasını təqdim etdi - VİDEO

“Platinum Edition” adlı modifikasiyada minimal dəyişiklik edilib və ona bəzi opsiyalar əlavə olunub. Avtomobil Avropada cari ilin sonlarında satışa çıxarılacaq. Onun qiyməti 74 352 avrodan başlayacaq. Avtomobilin dizaynı parlaq qara əlavələrlə və 20-düymlük yeni təkər diskləri ilə seçilir. “Cayenne” arxa görünüş güzgülərinin avtomatik tündləşdirilməsi sistemi, parketmə zamanı yardımçı funksiya və sükan idarəçiliyinə kömək edən “Power Steering Plus” sistemi ilə təchiz edilir. Krossoverin salonunda dəri və alkantara ilə işlənilmiş idman oturacaqlar, multimedia sistemi “Porsche Communication Management”, o cümlədən “Bose” audiosistem var.
Avtomobil Avropada 262 a.g. olan 3,0-litrlik V6 dizel mühərriki ilə satılacaq. Hibrid modifikasiyada əlyetərli olacaq. Bu modifikasiyaya 3,0-litrlik mühərrik və elektrik motoru daxildir.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












