“Porsche” uçan avtomobil buraxacaq

Almaniyanın məşhur "Porsche" avtomobil konserni hava yolu ilə insanların daşınması üçün pilotsuz aparatlar istehsal etməyi nəzərdən keçirir. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, bunu şirkətin satış üzrə direktoru Detlev fon Platen "Automobilwoche" dərgisinə müsahibəsində deyib. Top menecer bildirib ki, bu tip dronlarla şirkətin baş ofisinin yerləşdiyi Ştutqartın Zuffenhauzen rayonundan şəhərin hava limanına 3,5 dəqiqəyə getmək olar. Hazırda isə avtomobillə bu yolu 30 dəqiqəyə getmək olur. Artıq şirkət yaxın vaxtlarda yeni nəqliyyat vasitəsinin eskizlərini təqdim edəcək. Söhbət sərnişinlərin sərbəst idarə edə biləcəyi dronlardan gedir. ""Porsche" avtomobilini siz özünüz idarə edirsiniz. Dronları da idarə edə bilərsiniz, özü də pilot lisenziyası lazım olmadan. Çünki aparat özü bir çox şeyi müstəqil yerinə yetirəcək", - deyə Detlev fon Platen söyləyib. O, bu cür hava taksilərinin əhalinin sıx yaşadığı yerlərdə istifadəsini də mümkün sayıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












