Prezidentin məmurlara tövsiyə etdiyi maşınlardan - FOTO-VİDEO

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib. “Naxçıvanda avtomobil zavodu var. Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-, deyə ölkə başçısı bildirib. Avtosfer.az azvision.az-a istinadən prezidentin məmurlara tövsiyə etdiyi avtomobil haqda məlumatları oxuculara təqdim edir:
Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olunur.
Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib. Zavod 2,6 hektar ərazidə yerləşir.

Zavod 4 ban növündə avtomobil istehsal edir: Premium, Sedan, Suv, Mini.
Hazırda NAZ-ın satışa çıxardığı avtomobil modelləri bunlardır:
LIFAN 330
LIFAN 320 MINI
LIFAN X60 SUV
LIFAN X50 SUV
LIFAN 630
LIFAN 620
LIFAN 820 PREMIUM
LIFAN720 PREMIUM

“NAZ Lifan” avtomobillərinin qiyməti markasından asılı olaraq 7-20 min manat civarındadır. Zavodun istehsal gücü ildə 5 min ədəddir.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












