“Qılman doktor” qəza törətdi: “Tormoz əvəzinə qaza basdım”

“Bozbaş Pictures”-ın “Qılman doktoru” İlkin Misgərlinin başına iş gəlib. Avtosfer.az xəbər verir ki, yeniçag.az-a açıqlama verən aktyorun sözlərinə görə, o, təzə avtomobilini idarə edərkən, yüngül qəza törətdiyini deyib: “Mən əvvəlcədən də demişdim ki, maşın sürə bilmirəm. Amma dostlar hədiyyə edəndən sonra öyrənmək məcburiyyətində qaldım. Xüsusi adam tutmuşam, mənə maşın sürməyi öyrədir. Qazancımın hamısı ona gedir (gülür). Bir-iki dəfə yüngül qəza da törətmişəm. Əyləc əvəzinə qaza basmışam. Bir dəfə də park etmək üçün maşını arxaya verəndə əzdim. Təcrübəsizəm, ondandır. Yeni başlayanda belə olur. Sağ olsunlar, yol polisləri mənə hörmətlə yanaşır. Onlardan narazılığım yoxdur”.
Qeyd edək ki, avtomobili ona “Bozbaş Pictures”in yaxın dostlarından biri hədiyyə edib. Hədiyyə olunan “Kia Rio” avtomobilinin ən son modelinin qiyməti 30 min manatdır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












