"Renault Megane" sport versiyalarının təqdimatı - FOTOLAR

“Ən iti hisslərə, yüksək performansa və ucuz qiymətə malik” avtomobil barədə söz açılanda "Megane Renault" sport modelinin, “275 Cup-S” və “275 Nav” modelləri nəzərdə tutulur. Onların hər ikisi eyni 2.0-litrlik, 275 at gücü, məhdud sayda təklif edilən benzin yanacaqlı “275 Trophy-R” mühərrikinə sahibdirlər. Ucuz “275 Cup-S” modelindən başlasaq, bu model Cup şassiyə və normal halda 250 a.g.-nə, idman (sport) rejimində isə, 275 a.g. sahib olub. Bu model əlavə opsiyalara da, shib ola bilər ki, bu opsiyalara sahib model daha yüksək performansa sahib olacaq. Bu opsiyalara misal olaraq, “Ohlins” tənzimlənən adjustable amortizatorları, “Akrapovic” yüngül çəkili titan materiallı qazboğucu sistem, “Michelin Pilot Sport Cup 2” təkər şinləri və s. daxildir. Avtomobilin başlanğıc qiyməti isə 23,935 funt sterlinq təşkil edir.
İkinci model isə “Megane RS” seriyasında “275 Nav” adlanır. Bu model də, eyni ilə “275 Cup-S” kimi mühərrik xüsusiyyətlərinə sahib olsa da, daha çox şəhər avtomobili hesab edilir. Bu model standart Sport şassiyə və 18-dyumluq Tibor təkər diskləri ilə təklif edildiyi halda, Cup model üçün bu tip şassi opsiya kimi təklif edilir. Avtomobil həmçinin, avtomatik işıqlara və şüşəsilənlərə, iki zonalı klimat kontrola, toxunuşsuz kart tipli açar sisteminə, rəngli kameralarla təchiz edilmiş arxa park sensorlarına, tündləşdirilmiş arxa görüntü pəncərəsinə və axa qapıya, işıqla təchiz edilmiş günəşliklərə, Renaultsport loqolu xromdan hazırlanmışqapı kandarına, 4×35 vatlıq səs sisteminə və R-Link2 multimediya sisteminə və naviqasiya sisteminə sahib olub. Bu model isə 25,935 funt sterlinq dəyərində təklif edilir.
Mənbə: Renault
avtoelan.az
Avropa avtomobillərinə rüsum tətbiqi təxirə salındı
Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR
Rusların uğursuz analoqları - FOTO
Hibrid avtomobil: Qazanc, yoxsa zərər?
Ən çox hansı şirkətlərin avtomobilləri geri çağrılır? - STATİSTİKA
Bu ölkədə sürücüsüz avtomobillər də CƏRİMƏLƏNƏCƏK - YENİ QAYDA
Sovet adamlarının avtomobilə baxışını dəyişdirən tarix
Antik avtomobillər bahalaşır – SƏBƏB - FOTOLAR
Bu şirkət Cənubi Koreya bazarını 2026-cı ildə bağlayacaq - RƏSMİ
1 milyard dollar xərc çəkilib, real nəticə yoxdur - FOTO
Dünyanın ən böyük avtomobil sərgisi öz işinə başladı - FOTO














