"Renault" yeni maşınını təqdim etdi - FOTO

"Renault" komandası Formula 1-in 2016-cı il mövsümü üçün hazırladığı RS16 bolidini təqdim edib. Avtosfer.az f1.az-a istinadən xəbər verir ki, "Renault" komandası bu gün Fransanın Paris şəhərində mətbuat konfransı keçirərək 2016-cı il mövsümü üçün hazırladıqları bolidi təqdim edib. Beləliklə, Fransa təmsilçisi 2016-cı il bolidini təqdim edən ilk komanda olub. Komanda bu konfransda rəhbərliyini də təqdim edib. "Renault" komandasının başçısı Siril Abitebul olacaq. Frederik Vassyör yarış direktoru, Bob Bell isə komandanın texniki direktoru olacaq.
Mətbuat konfransında Renault-un yeni pilotları olan Kevin Maqnussen və Colion Palmer də təqdim olunub. "Renault" komandası həm də ehtiyat sürücülərini təqdim edib. Bu, GP3 üzrə dünya çempionu titulunu qazanmış 20 yaşlı Esteban Okondur. Fransalı sürücü 2014-cü ildə FIA European F3 seriyasında, 2015-ci ildə isə GP3 seriyasında dünya çempionu titullarını qazanıb. Karmen Xorda isə gələn il də komandada qalacaq. O, Renault-un təkmilləşdirmə üzrə pilotu olacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO



















