Retro avtobuslar - Nostalji hisslər oyadan görüntülər - VİDEO

Bu görüntülər bəzilərinə uşaqlığını, bəzilərinə isə gəncliyini xatırlatdı. Rusiyanın Sankt-Peterburq şəhərində maraqlı parad təşkil olunub. Onlarla retro avtobus yenidən şəhər yollarına buraxılıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, muzeylərdən birinin təşkil etdiyi parada maraq gözlənildiyindən də çox olub. On minlərlə insan retro avtobusları görə bilmək üçün şəhər mərkəzinə toplanıb. Lakin parad iştirakçıları həmin avtobusları yalnız kənardan izləməklə kifayətlənməyiblər. Onlara nəqliyyat vasitələrində yenidən sərnişin kimi oturmağa icazə verilib. Bu müddət ərzində avtobuslarda yalnız retro musiqilər səsləndirilib. Qısa müddət ərzində tarixə səyahət etdiklərini və nostalji hisslərə qapıldıqlarını vurğulayan şəhər sakinləri bu cür paradların tez-tez təşkil olunmasını istəyiblər.
Qeyd edək ki, gələcəkdə bu cür paradların Rusiyanın digər şəhərlərində də təşkil olunması planlaşdırılır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












