Rolls-Royce ilk Phantom modelini hərracda satacaq

Rolls-Royce şirkəti yeni nəsil Phantom modelinin konveyerdən çıxan ilk nüsxəsini hərracda satmaq niyyətindədir. Hərrac gələn ilin yanvarında Florida ştatının Neypls şəhərində keçirilən “Qış şərab festivalında” təşkil ediləcəkdir. Satışdan əldə edilən vəsait xeyriyyə məqsədlərinə yönəldiləcəkdir.
Standart bazaya, tünd-bənövşəyi rəngli kuzova və ağ rəngli dəri ilə üzlənmiş interyerə malik olan avtomobilin kandarında, onun bu modelin ilk nüsxəsi olduğunu və xüsusi olaraq “Qış şərab festivalı” üçün inşa edildiyini bildirən lövhəcik quraşdırılıb.
Alıcı avtomobil ilə birlikdə, Napa vadisindən olan Alpha Omega sərab evi tərəfindən hazırlanmış altı litrlik şərab şüşəsini də əldə edəcəkdir. Üstəlik, o şirkətin üzümlüklərinə baş çəkmək imkanına da malik olacaqdır.
Rolls-Royce Phantom modeli 6,75-litrlik həcmi olan iki turbokompressorlu V12 mühərriki ilə təchiz edilir. Mühərrik 571 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Avtomobil adaptiv pnevmatik asqiya, tam idarələnən şassiyə sahib olub. (autograph)
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












