"Rolls-Royce Phantom" modelinin yeni nəsli hazırlanır

"Dünyanın ən yaxşı avtomobili" adına layiq görülmüş "Rolls-Royce Phantom" modelinin səkkizinci nəslin işləməsi yeni səviyyəyə çıxır. Avtosfer.az xəbər verir ki, Şirkətdən trend-ə verilən məlumata görə, “Rolls-Royce”ın Qudvudda yerləşən zavodunda layihələndirilən yeni alümin arxitekturlu avtomobilin ilk şəkilləri onu göstərir ki, layihə uğurla inkişaf etdirilir və yeni “Phantom” artıq öz formasını almaqdadır. 2018-ci ildə debüt edəcək yeni innovativ arxitektura səkkizinci nəsil “Rolls-Royce Phantom” və brendin gələcək bütün modellərinin əsası olacaq.
Bu ilin fevral ayında şirkət “Phantom VII”nin istehsalının dayandırılmasını elan etmişdi. Həmin andan mövcud xəttin hər dörd modelinə tələbat olduqca yüksək səviyyədə qalırdı. “Ultralüks” sinfinə aid olan avtomobillərdən maksimum əldə emək istəyən dəb həvəskarları artıq “Zenith” kolleksiyasına aid bütün 50 avtomobili sifariş edib ki, bura “Phantom Coupé” və “Drophead Coupé” modelləri də daxildir.
Bundan başqa, bu ilin dekabrın 31-də istehsal xətti bağlanmayanadək bütün dünya üzrə “Rolls-Royce”un müştəriləri və dilerləri tərəfindən yeni “Bespoke” kolleksiyalarına və fərdiləşdirilmiş unikal “Phantom” limuzinlərinə olduqca böyük tələbat yaranıb. Buna cavab olaraq “Rolls-Royce” 2017-ci ildə istehsal olunacaq yeni fərdiləşdirilmiş avtomobillər kolleksiyası hazırlayır.
“Rolls-Royce Motor Cars” şirkətinin baş direktoru Torsten Müller-Ötvös deyib: “Mark Tveni digər şəkildə ifadə edərək demək istərdim ki, “Phantom”un ölümü barədə məlumatlar şişirdilib. “Phantom VII”yə olan tələbat, hansını ki, biz 2017-ci il ərzində ödəməyə çalışacağıq, bunu bir daha sübut edir: “Rolls-Royce”un müştəriləri və “ultralüks” sinfinə aid olan avtomobilləri sifariş verən dəb həvəskarları kompromisə getmək fikrində deyillər – kütləvi şəkildə istehsal olunan lüks brendlər onları cəzb etmir. Fəxrlə qeyd etmək istərdim ki, yeni “Phantom” artıq yoldadır. bu, dünya dəb aləmində flaqman qismində öz mövqeyini bir daha sübut edəcək müasir və gözəl bir “Phantom” olacaq”.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












