"Rolls-Royce"dan gələcəyin divanlı avtomobili - FOTO-VİDEO

Böyük Britaniyanın "Rolls-Royce" avtomobil şirkəti Londonda 103EX modelinin konseptini təqdim edib. Rolls-Royce Vision Next 100 möhtəşəm zahiri görünüşü ilə diqqət çəkir. Bu, sükansız və pedalsız avtonom elektromobildir. Virtual sürücü və əsas köməkçi Spirit of Ecstasy heykəlciyidir. Bu heykəlcik səs və süni intellekt əldə edib. O, marşrutu özü planlaşdırır, vacib işlər və görüşlər barədə xatırladır, avtomobili binanın qapısına sürür və bir çox başqa şeylər edir. İnteryer ağacdan hazırlanıb, standart oturacaqların yerinə salonda ipək materialla örtülmüş dəbdəbəli divan yer tutur. Salonun qabaq divarı OLED-displeylə təqdim olunur. Displey sönəndə isə şüşə şəffaf olur. Avtomobilin yalnız bir qapısı var, açılma zamanı işıqlandırmalı kəndar irəli çıxır və şüşə dam qalxır. "Gələcəyin avtomobili" 2040-ci ildən istehsal olunacaq.




ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













