Rusiyada yeni “Mercedes” satışları kəskin artdı

Rusiyaya qarşı 20-ci sanskiyalar paketi üzərində iş getdiyi vaxtda, Avtostatın məlumatı təəccüb doğurub.
Avtosfer.az xəbər verir ki, statistika qurumu noyabrda Rusiyada 1160 yeni “Mercedes” avtomobilinin satılması barədə məlumat yayıb. Bu da illik müqayisədə 107 faizdən çox artım deməkdir. Ümumilikdə il ərzində federasiyada 7985 yeni “Mercedes” minik avtomobili satılıb. Ukrayna ilə müharibənin ilk 2 ilində bu qədər satış olmayıb.
Sanksiyalara baxmayaraq Ermənistan, Gürcüstan, Qazaxıstan kimi ölkələrdən Rusiyaya Avropa və Yaponiya istehsalı olan lüks modellərin təkrar ixracı davam edir. Bu həm də rəsmi təbliğata baxmayaraq, rusların Qərb texnikasına marağının azlmadığını göstərir.
Yeri gəlmişkən, Kiselyov, Solovyov, Skabeyeva, Simonyan və digərləri gecə-gündüz qərbi söyslələr də, “Lada” və “Moskviç”i tərifləsələr də, özləri alman modellərinə üstünlük verirlər.
Vüqar
“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK












