Samirin "Tank"ı infraqırmızı görüntü sisteminə malik olacaq – FOTO

Rezvani Motors şirkəti özünün ikinci modeli olacaq "Tank" adlı ofroderin ikinci tizerini dərc edib. Model infraqırmızı gecə görüntü sistemi ilə təchiz ediləcək. Əlbəttə ki, əlavə ödənişlə. Xatırladaq ki, Rezvani Tank modelinin dizayneri həmyerlimiş samir Sadıxovdur. Amerikan şirkətindən bildirildiyinə görə, yeni ofroder «hərbi avtomobillərdən ilham alınaraq hazırlanmış bir nəqliyyat vasitəsidir». Tizerlər avtomobilin eksteryerini tam göstərməsə də, ofroderin möhkəm ön bamperə, relyefli dama və maili arxa dam xəttinə malik olduğunu görürük. Digər tərəfdən güclü qanadları və yolsuzluq şinləri ilə təchiz edilmiş iri təkər disklərini də görmək mümkündür. Rezvani şirkəti avtomobilin texniki xüsusiyyətləri barədə məlumat verməsə də, ofroderin «dünyada ən güclü yolsuzluq imkanlarına malik olacağını» bildirmişdir. Bunlara misal olaraq ramanı, tam çəkiş sistemini və ekstremal şəraitlər üçün nəzərdə tutlmuş asqını göstərmək olar. Əlbəttə ki, iri klirensin mövcudluğu da məlumdur. Verilən məlumata görə, avtomobil müxtəlif variantlarda təklif ediləcək ki, bunların sırasında kevlardan hazırlanmış kuzov panelləri, yanacaq çəni və gülləkeçirməyən şüşələri olan model də mövcud olacaq. Rezvani nümayəndələrinin bildirdiyinə əsasən, belə avtomobil, sərnişinlərini avtomatla silahlanmış cinayətkarların hücumundan tam müdafiə etmək iqtidarındadır. Avtomobilin mühərrik çeşidinə iki güc areqatı daxil ediləcək. Onların xarakteristikaları açıqlanmasa da, mühərriklərin aşağı dövrələrdə yüksək fırlanma anına malik olduqları bildirilmişdir. Artıq amerikan şirkəti yeni ofroder üçün sifarişləri qəbul etməyə başlayıb. Onu əldə etmək istəyənlər 1000 ABŞ dolları beh ödəməlidirlər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














