Tam yeni «Nissan Maxima» ilin idman avtomobili seçildi! - FOTO

Tam Yeni Nissan Maxima modeli, “İlin idman avtomobili” seçilərək, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Sportsman" jurnalının təşkilatçılığı ilə keçirilən “Zəfər” Yüksək İdman Naliyyətləri Mükafatına layiq görüldü!
Unikal dizayn, yüksək performans və qabaqcıl texnologiya ilə təchiz edilmiş yeni “Nissan Maxima” əsl idman üslubu ilə premium zərifliyin unikal kombinasiyana çevrilib.
“Nissan Maxima”nın üslubu–avtomobilin “V-Motion” üslubuna malik qabaq hissəsi, bumeranqşəkilli fənərlər, böyük arxa dayaqlar və unikal axıcı formaya malik dam Nissan şirkətinin yeni dizayn üslubunu nümayiş etdirir. Yeni avtomobil, ABŞ-ın Florida ştatı, Pensakola şəhərində yerləşən Hərbi Dəniz Aviasiyası Stansiyasındakı “Mavi mələklər” adlı təyyarələrdən ilham alınaraq işlənib hazırlanıb.
Bu model, orijinal tikişlərə malik alətlər paneli, qapılar və idarəetmə paneli, əhatəli işıqlanma, almaz sırıqlı haşiyələr, premium dəri oturacaq örtükləri, unikal yonulub işlənmiş qaz borusu ucluqlarına və idman üslublu D-şəkilli (yastı dibli) sükana malikdir.
Avtomobil geniş sayda təhlükəsizlik və sürücüyə kömək vasitələri ilə təchiz olunmuşdur. Bunlara Predictive Forward Collision Warning (PFCW) – Öndən Toqquşma Xəbərdarlığı, Intelligent Cruise Control (ICC) – Ağıllı Kruiz Kontrol, Forward Emergency Braking (FEB) - Qabağa Fövqəladə Əyləcləmə Qurğusu, Rear Cross Traffic Alert (CTA) – Arxada Köndələn Trafik Xəbərdarlıq Siqnalı və Blind Spot Warning (BSW) - Görünməyən Zona Xəbərdarlığı (BSW) sistemləri aiddir. Həmçinin, Nissan Maxima baza xətti müəyyən etmək üçün idarəetmə zamanı istifadə olunan gücə nəzarət edən və sürücü yuxuladıqda və ya diqqəti yayındıqda həyəcan siqnalı verən Driver Attention Alert (DAA) – Sürücü Diqqət Xəbərdarlıq Siqnalı sistemi ilə təchiz olunub (yalnız Nissan Maxima SR modeli).
Tələbdən asılı olaraq, Nissan Maxima modelləri Azərbaycana üç komplektasiyada idxal edilir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














