Təhsil Nazirliyi də “NAZlanmağa başladı

Naxçıvan Avtomobil Zavodunun (NAZ) Çinə sifariş verdiyi avtomobillər Azərbaycandadır. Avtosfer.az-ın məlumatına görə, bu barədə Modern.az-a “NAZ”-ın icraçı direktoru Musa Abdullayev bildirib. Onun sözlərinə görə, ilkin olaraq ölkəyə 130 ədəd avtomobil gətirilib: “Bunlar “320” modelinə aid avtomobillərdir. Artıq avtomobillər sifarişçilərə çatdırılır”.
M.Abdullayevin sözlərinə görə, budəfəki sifarişçilərin arasında Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, qeyri-hökumət təşkilatları var. Buna qədər “Gəncə Avtomobil Zavodu”, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti” və “Azpetrol”, Dövlət Neft Şirkəti, “Cahan Holding” də “NAZ” alanlar sırasına qoşulub. Naxçıvan Avtomobil Zavodu hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar “NAZ-lifan” 720, “NAZ-lifan” 820 (Premium modellər), “NAZ-lifan” 620, “NAZ-lifan” 630 (sedan modellər), “NAZ-lifan” X50 və X60 (SUV), “NAZ-lifan” 320 və 330 (mini) modelləridir. “NAZ-lifan” 720 (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, “NAZ-lifan” 820 modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












