Təkmilləşdirilmiş "Novitec Maserati Levante" - FOTO

2017-ci ilin martında Almaniyanın Novitec atelyesinin mütəxəssisləri krossover Maserati Levante-ni təkmilləşdiriblər. O vaxtdan layihə üzərində iş davam edir və indi tünerlər modifikasiyanın son variantını Novitec Esteso adı altında təqdim ediblər. İtaliyan yolsuzluq avtomobili 8 müxtəlif hissədən ibarət olan enli asma alıb. O quraşdırıldıqdan sonra avtomobilin banının eni 2090 mm-dək artıb. Yəni, təkmilləşdirilmiş Maserati Levante hətta yolsuzluq avtomobili Hummer H2-dən də enli olub. Novitec Esteso modifikasiyası ventilyasiya kəsiyi, qabaq arxa spoylerləri, yan ətəkləri və diffuzoru olan fərqli kapot alıb. Bu cür yolsuzluq avtomobilinin banı tünerlər tərəfindən tutqun-göy rəngə boyanıb. Enliləşdirilmiş təkər arkalarında 22-düymlük yüngüllehimli xüsusi disklər var. Şirkət pnevmatik asılqanı da 25 mm aşağı salıb. Bütün bu dəyişikliklər sayəsində yolsuzluq avtomobilinin eksteryeri daha aqressiv olub. Levante-nin interyerinə gəldikdə, Novitec atelyesi bunu da dəyişib, lakin hələlik yeniliklərin siyahısı və şəkillər yoxdur. Maserati Levante-nin mühərrikini daha gücləndirməyiblər. Qeyd edək ki, əvvəllər tünerlər 3-litrlik altılığın gücünü 494 a.g. və 658 Nm-dək artırmışdılar. Bu cür mühərrikə malik olan avtomobil yerindən ilk yüzlüyə 4,8 saniyəyə sürətlənir, maksimal sürət isə 273 km/saatdır. Paketin qiymətin barədə məlumat verilmir.









ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












