“Tesla” 2025-ci ildə “Model Q” modelini təqdim etməyi planlaşdırır - FOTO

Elon Musk, 2025-ci ildə daha əlverişli qiymətə malik olan iki yeni “Tesla” modelinin təqdim ediləcəyini dəfələrlə vurğulamışdı. Belə ki, “Model 3” və “Model Y”arasında yerləşən bir modeldən danışmağın vaxtı gəldi. Yeni il yaxınlaşdıqca ilk şayiələr artıq dolaşmağa başlayıb. Çində, 30 min avrodan ucuz olması və altı ay ərzində təqdim edilməsi gözlənilən müəmmalı bir “Tesla Model Q”dan söz edilir.
“Tesla Model Q” modeli , “Model 3” və “Model Y”nin əsasını təşkil edən, lakin daha təkmilləşdirilmiş bir platformda yüksələcək və şirkətin hələ də inkişaf etdirməkdə olduğu və bazarda səs gətirən "qutusuz metod" sayəsində daha səmərəli şəkildə istehsal ediləcək.
Keçmiş açıqlamalardan fərqli olaraq, bu nəqliyyat vasitələri hazırda "3" və "Y"-nin istehsal edildiyi mövcud xətlər üzərində inşa edilə biləcək. Çin mənbələrindən gələn xəbərlərə görə, ə”Tesla”nın investor əlaqələri başçısı Travis Axelrod növbəti nəqliyyat vasitəsinin rəsmi adını bu şəkildə açıqladı.
Yenə şayiələrə görə, bu “Model Q”, “Model 3”dən 15 % daha kiçik və 30 % daha yüngül olacaq. Hər iki model də lityum-dəmir-fosfat (LFP) kimyasına malik iki batareya paketi ilə təqdim ediləcək. Standart məsafəli model 53 kWh-a və uzun məsafəli model 75 kWh-a sahib olacaq.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR













