"Toyota" Bakı Mərkəzi qiymətləri endirdi - FOTO

“Toyota”nın Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzi “Toyotanız qışa hazırdır?” servis kampaniyası keçirir. Mərkəzin PR mütəxəssisi Eldəniz Cəfərovun Avtosfer.az-a verdiyi məlumata görə, məqsəd, payız- qış fəslində Toyota sahiblərinə dəstək olmaqdır.
“Toyotanızın uzun müddət yaxşı vəziyyətdə qalması üçün servis reqlamentinə əməl etmək lazımdır. Bu, o deməkdir ki, avtomobil müəyyən qədər sürüldükdən sonra lazımi texniki işlər görülməlidir.Vaxtında görülən işlər və sadəcə profilaktika avtomobilin etibarlılığını təmin edir. Xüsusən payızda maşını qışa hazırlamaq lazımdır. Bu səbəbdən rəsmi diler olaraq Toyota Bakı Mərkəzi bu endirimləri elan edir”-deyə, PR mütəxəssis bildirib.
Eldəniz Cəfərov onu da qeyd edib ki, mərkəzdə hər şey müştərilərin rahatlığı üçün edilir. Toyota Bakı Mərkəzi bütün "Toyota" sahibərinin güvəndiyi, özünü rahat və sərbəst hiss etdiyi bir məkandır. Müştərini dinləmək, ona hərtərəfli yardım etmək və məsələni həll etmək də bizim borcumuzdur. Profilaktika və ya təmir zamanı vaxt itkisi olmaması üçün əvvəldən servis xidmətinə yazılmaq tövsiyə olunur. *2002 və ya 012 496 70 10 nömrəsinə zəng edərək servisə yazılmaq olar.
Toyota Bakı Mərkəzi aşağıda göstərilən ”Toyota” orijinal mühərrik yağları, ehtiyat hissələri və servis xidmətlərinin qiymətində 20%-ə qədər endirim təklif edir:
Salon filtri 20%
Hava filtri 8%
Antifriz 20%
Yağ filtri 10%
Yanacaq filtri(Dizel mühərrik) 15%
Diferensial yağı 15%
Mühərrik yağı 10%
Akkumulyator 10%
Əyləc bəndləri 10%
Əyləc mayesi 10%
Şüşəsilən 5%
Göstərilən ehtiyat hissələrinin dəyişdirilməsi də 10% endirimlə. Kampaniya 17.10.2017-31.12.2017 tarixinədə qüvvədədir. Toyota Bakı Mərkəzi Xətai metrosu ərazisində, Fəzail Bayramov-26 ünvanında yerləşir. Telefon nömrəsi 012 496 70 10, www.toyotabaku.az
“Toyotanız qışa hazırdır?”
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək











