Türkdilli ölkələrin elektromobiləri - FOTO

Elektromobil istehsalı artıq bir çox ölkədə reallaşıb. Türkdilli ölkələr də istisna deyil.
Avtosfer.az xəbər verir ki, hazırda 3 türkdilli ölkədə elektromobil istehsal edilir. Bunların arasında ən böyük istehsal tempi Özbəkistandadır. BYD və “Kia” bu ölkədə həm elektromobil, həm də hibrid modellər istehsal edir. Yaxın vaxtlarda istehsalçıların artması gözlənilir. Hazır məhsul qonşu ölkələrə də ixrac edilir.
Özbəkistanla qonşu Qırğızıstanda elektromobil istehsalının təməli 5 il əvvəl qoyulub. “Kami Nimble” avtomobili məhdud həcmdə istehsal edilir. 15 kilovatlıq mühərrikə malik avtomobil 700 kiloqram yük daşıya bilir. Maraqlı cəhət avtomobil detallarının 90 faizindən çoxunun VAZ avtomobilləri ilə oxşar olmasıdır. Qabarit işıqları isə sovet avtomobillərində 80 ilə yaxındır istifadə edilən lampalarla eynidir.
Qazaxıstanda isə tanınmış iş adamlarından biri elektromobil zavodu açmağı planlaşdırır.
Türkiyədə satışı 2023-cü ildə başlayan “Togg” avtomobili ildə orta hesabla 30 min ədəd satılır. BYD-nin Türkiyədə inşasına başladığı zavodun inşası isə ləngiyir. Bu da hakimiyyətin narazılığına səbəb olub.
Vüqar Yaşaroğlu

Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












