Unikal "Bugatti" superkarı satılacaq

Gələn ilin yanvar ayında RM Sotheby’s hərracında Bugatti EB110 GT superkarı satılacaqdır. Bu superkar 1991-1995-ci illər arasında buraxılmış 139 avtomobillərdən biridir. O zamanlar avtomobil 380 min dollar idi. İndi isə superkarın satışından 950 min dollar əldə etmək planlaşdırılır.
Satışa çıxarılan avtomobilin sifarişi 1993-cü ilin oktyabrında daxil olub. Superkar noyabr ayında hazır olsa da, iqtisadi vəziyyət ucbatından satılmamışdır. 1995-ci ilə qədər avtomobil dilerdə qalıb və həmin il Almaniya sakini Avqust Nyühterə satılıb.
Doxsanıncı illərin sonunda Nyühter ABŞ-a köçüb və Bugatti superkarını da özü ilə aparıb. Lakin, avtomobil sertifikasiya keçməli və amerikan yollarında hərəkət etmək üçün icazə almalı idi. Həmin icazə 2005-ci ilkdə alınmışdır. O zamana qədər superkar qarajda saxlanılıb. Orijinal rəngini, şassisini və güc qurğusunu qoruyan avtomobil 2017-ci ildə texniki xidmətdən keçib.
Bugatti EB110 GT superkarı 4540 kilometr yürüş edib. Superkar 550 at qüvvəsi hasil edən 3,5-litrlik dörd turbinalı V12 mühərriki ilə təchiz edilir. Superkar yerindən 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənirdi. Onun maksimal sürəti 343 km/saatdır.
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










