Unikal "Jaguar" nümayiş etdiriləcəkdir - FOTO

Classic Motor Cras (CMC) atelyesi Pebbl-Biçdə keçiriləcək zəriflik müsabiqəsində qeyri-adi təqdimat etmək niyyətindədir. Bu bərpa edilmiş 1954-cü ilin istehsalı olan və yeganə nüsxədə buraxılmış Jaguar XK120 SE modelidir.
Avtomobil üzərində çalışmalar xüsusi gizlikliklə aparılmış və iki il vaxt tələb etmişdir.
Layihəyə CMC atelyesinin 13 mütəxəssisi cılb olunub. Əvvəllər atelye avtomobil üzərində işləri müəyyən mərhələlərdə nümayiş etdirsə də, lakin onun hazır varinatı kütlə qarşısına çıxarılmayıb.
Jaguar şirkəti XK120 SE modelini 1948-ci ildən 1954-cü ilə qədər istehsal edib. Avtomobil rodster, kabriolet və kupe kuzovları ilə təklif edilirdi.
Model 3,4-litrlik altısilindrli mühərriklə hərəkətə gəlirdi. Onun maksimal sürəti 200 km/saat təşkil edirmiş. Jaguar XK120 Se modelinin ümumi buraxılışı 12 mindən bir qədər artıq olub. Bununla belə, bərpa edilmiş avtomobil Pininfarina atelyesinin buraxdığı kuzova malik olan yeganə nüsxədir.
Avtomobil, 1950-ci illərdə lyuks avtomobillərin Avropadan ABŞ-a idxalı ilə məşğul olan Avstriya mənşəli amerikan iş adamı tərəfindən satın alınmışdır. Unikal Jaguar modeli 1955-ci ildə Cenevrə avtosalonunda nümayiş etdirilib. CMC atelyesi avtomobili, 1978-ci ildə Amerikada onu satın almış almandan alıb.
Avtomobilin alman sahibi onu bərpa etmək istəsə də, buna imkan tapmayıb. Unikal avtomobilin təqdimatı 20 avqusta keçiriləcəkdir. (autograph)
Orxan


ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












