Unikal "Porsche 918 Spyder" superkarı hərracda- FOTO

Barrett-Jackson hərrac evinin satışlarına unikal Porsche 918 Spyder superkarı çıxarılıb. Bu 918 ədəd buraxılan superkarların arasında Voodoo Blue rənginə boyanmış avtomobildir. Hərraclar 19-21 oktyabr tarixlərində Las-Veqasda keçiriləcəkdir.
Son iki ildə avtomobil Ostin şəhərində yerləşən Rock and Rolls Car Museum muzeyində nümayiş etdirilib. Lotla bağlı məlumatda bu avtomobilin buraxılmış 918 superkarlardan 184-cü nüsxəsi olduğu bildirilir. Hazırda superkarın odometrində 1200 mil (1920 kilometr) vardır. Xatırladaq ki, bu ilin yazında RM Sotheby’s hərrac evi digər bir unikal Porsche 918 Spyder modelini hərraca çıxarmışdı. Həmin avtomobil də Arrow Blue rənginə boyanmış yeganə superkar idi.
Porsche 918 Spyder superkarı 4,6-litrlik səkkiz silindirli mühərrik və iki elektromotorla hərəkətə gəlir.Hibrid güc qurğusu 887 at qüvvəsinə və 1280 Nm fırlanma anına malikdir. Weissach dəsti ilə təchiz edilmiş Porsche 918 Spyder modeli 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir. Yerindən 300 km/saat sürətinə çatmaq üçün rodsterə 19,9 saniyə tələb olunur. Avtomobilin maksimal sürəti 350 km/saat həddində məhdudlaşdırılmışdır. (Autograph)
Orxan




ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












