"Ural" Azərbaycanda birgə müəssisə yaratmaq istəyir

Rusiyanın kommersiya nəqliyyatı sahəsində ixtisaslaşan "GAZ Group" Şirkətlər Qrupunun "Ural" avtomobil zavodu Azərbaycanda birgə müəssisə yaratmaq niyyətindədir. Avtosfer.az xəbər verir ki, bu barədə "report"a zavodun nümayəndəsi məlumat verib. "Biz Azərbaycanda fəaliyyətimizi genişləndirmək istərdik və artıq bu məqsədlə müvafiq qurumlara müraciət edilib. Hələlilk qarşı tərəfin cavabı gözlənilir. Hesab edirik ki, Azərbaycanda da bizim şirkətin məhsullarının istehsalını yüksək səviyyədə təşkil etmək mümkündür. Çünki burada çox peşəkar kadrların olduğunu görmüşük və inanırıq ki, bu cür ixtisaslı kadrlarla keyfiyyətli iş ərsəyə gətirə bilərik", - deyə zavodun nümayəndəsi qeyd edib.
Hazırda davam edən qlobal maliyyə böhranının bütün ölkələrə və iş adamlarına təsirsiz ötüşmədiyini etiraf edən müəssisənin nümayəndəsi bildirib ki, mövcud şəraitdə çətinlik çəkən iş adamlarına maliyyə qurumları tərəfindən güzəştlər tətbiq edilməli və dəstək göstərilməlidir: "Banklar iş adamlarına və ya şirkətlərə lizinq vasitəsilə yardım etməlidir. Bakı çox gözəl şəhərdir, lakin nəqliyyat vasitələrinin, xüsusilə ictimai nəqliyyat vasitələrinin çox köhnə olduğu görünür. Odur ki, banklar lizinq vasitəsilə bu işə böyük töhvə verə bilər".
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












