“Üstü bəzək, altı zibil” maşınlar: əsla bu avtomobilləri almayın! - FOTOLAR

Gözəl görünüşlü, son model xarici avtomobil sürməyi kim istəməz ki?! Amma tələsib təkcə görünüşə də aldanmaq olmaz. Bəzi maşınlar var ki, satışa çıxarıldıqdan bir müddət sonra onlarla bağlı narazılıqlar başlayıb. Sonrası isə şirkətlərin performans salonlarında toz basmaqla nəticələnib. Təbii ki, naşı alıcılar arasında hələ də bu modellərə müraciət edənlər var.
Belə avtomobil modellərini diqqətinizə çatdırırıq:

"Mazda RX-8” – Yapon maşını olan Mazda 2003-2012-ci illər ərzində buraxılıb. Çox gözəl görünüşü, rahatlığı olan avtomobildir, amma yanacağı həddən artıq "yeməsi” maşın sahibini əldən, daha doğrusu cibdən salır. Sanki maşının yanacaq çənində dəlik varmış kimi, yanacaq çatdırmaq olmur. Maşının mühərrikini dəyişmək isə elə az qala öz qiyməti qədər baha başa gələr.

"Mitsubishi Lancer” – Daha bir "yaponiyalı”. Aqressiv, cəlbedici görünüşlü maşının salonu narahatdır. Üstəlik səs izolyasiyası düzgün qurulmayıb. Maşının amortizasiyası da sərtdir. Funksiyaları azdır. Şirkət bu modelin uğursuz alındığını görən kimi onun davamını istehsal etmədi.

"Dodge Journey” – ABŞ istehsalı olan avtomobil ailə üçün münasibdir. Geniş salonu, müxtəlif funksiyaları var. İşıqlandırma sisteminə söz ola bilməz. Amma problemi ondadır ki, maşın döngələrdə çox yana əyilir. Ön təkərləri isə vaxtında bərabər tənzimlənmir. Sürətötürmə qutusunda da vaxtaşırı "donma”lar olur.

"Cadillac Escalade” – Amerikanın qüruru sayılan Cadillacın bu modeli "xəcalətli” çıxıb. Maşın görünüşcə möhtəşəmdir: nəhəng, sanballı həm də bahalı. Amma qiymətinə dəyməz. Onu alan qısa müddətdən sonra peşman olur. Əvvəla avtomobilin üçüncü sıra oturacağı çox narahatdır və etibarlı deyil. Sükan ağırdır, idarəetməsi çətindir. Maşının "skelet”inin yığımı da natamam kimidir, keyfiyyətli deyil. Ən əsası bu qiymətdə (145 min dollar) maşın tez çürüməyə meyillidir.

"Citroen C 5” – Fransa istehsalı olab avtomobil elə bu ölkənin gözəlləri kimi incə görünüşlüdür. Amma bütün gözəllər kimi bu da şıltaqdır. Maşının yığım keyfiyyəti yaxşıdır. Salonu rahatdır. Lakin avtomobilin hidravlik yayları başağrıdandır. Texniki cəhətdən çətindir, xüsusi diqqət tələb edir. Yox, əgər "gözəl”in şıltaqlığını qəbul edəcəksinizsə, o başqa. İstənilən halda azgəlirli müştərilərə məsləhət görülmür. Çünki tez-tez texniki baxışdan keçirmək sərf etməyəcək.
publika.az
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10










