Üzən elektrik avtomobili hazırlanıb - FOTO

“Toyota” şirkətinin keçmiş əməkdaşı Xideo Surumaki daşqın zamanı sahibinə xilas olmağa kömək edəcək üzən avtomobil yaradıb. Avtosfer.az AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun saytına istinadən xəbər verir ki, “Toyota”dan ayrıldıqdan sonra X.Surumaki iki il ərzində üzə bilən, kiçik “Fomm” elektrik avtomobilinin prototipini yaradıb. İndi o, elektrik avtomobilinin saatda 80-160 kilometrə qədər gedə biləcək dördüncü prototipi üzərində işləyir. Avtomobilin dörd oturacağının hər birinin altında dəyişilə bilən batareyalar yerləşdirilib. Bu yolla mühəndislər suda tarazlıq problemini həll ediblər. Maşın suyadavamlı mühərrikin köməyi ilə suda üzür, xüsusi konstruksiyalı təkərlərin sayəsində isə dönür. X.Surumaki avtomobilin istehsalı ilə bağlı Tailanddakı zavodla razılaşıb. Bu zavod ildə on minə qədər üzən avtomobil istehsal etməyə hazırlaşır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












