"Volkswagen" daha bir yığcam krossover hazırlayır

Volkswagen şirkəti 2018-ci ildə krossoverlər xəttini genişləndirməyi planlaşdırır. Alman istehsalçısının T-Roc modelindən bir pillə aşağıda yerləşəcək yeni krossoveri hazırladığı söylənilir. Bu barədə xəbəri şirkət daxilindəki mənbələrinə istinadən Auto Express nəşri yayıb.
Yeni model sonuncu nəsil Polo və Seat Arona krossoverinin yaradılmasında istifadə edilən MQB modul platformasında inşa ediləcəkdir. Auto Express nəşrinin ehtimallarına görə, yeni krossoverin təkər bazasının uzunluğu 2650 millimetr təşkil edəcəkdir.
VW T-Cross adlandırılacaq krossoverin üç silindrli mühərriklə təklif olunacağı da ehtimal edilir. Yeni model mexaniki və robotlaşdırılmış transmissiyalar ilə təchiz olunacaqdır. T-Cross modeli Nissan Juke, Citroen C4 Aircross və Peugeot 2008 modelləri ilə rəqabət aparacaqdır. (Autograph)
Orxan
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












