Yaponiya növbəti nəsil avtomobillərin strategiyasını hazırlayacaq

Yaponiya elektromobillərin istehsalına keçidlə əlaqədar qlobal meyillər fonunda özünün növbəti nəsil avtomobillər strategiyasını hazırlayacaq.
Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Sənaye Nazirliyinin nümayəndələri həmin strategiyanı cari ilin ortalarınadək hazırlamağı planlaşdırırlar. Sənədin elektromobillərə, hibrid modellərə və həmçinin yanacaq elementləri ilə işləyən avtomobillərə münasibətdə hərtərəfli siyasətin əsasını təşkil edəcəyi bildirilir.
Bununla əlaqədar sənaye naziri Hiroşiqe Sekonun apreldə xüsusi komitə yaradacağı gözlənilir. Həmin komitənin tərkibinə hökumət nümayəndələri, alimlər və avtomobil istehsalı üzrə aparıcı şirkətlərin rəhbərləri daxil olacaqlar.
Xatırladaq ki, Fransa və Böyük Britaniya 2040-cı ildə dizel və benzin yanacağı ilə işləyən yeni avtomobillərin satışını dayandırmağı planlaşdırır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












