Banner

Yeni ekoloji standartlar gəlir

Avtodünya 22 Oktyabr 2026 11:11
Yeni ekoloji standartlar gəlir
WhatsApp kanalımıza abunə olun

30 noyabrdan etibarən Avropada satışa çıxarılacaq yeni avtomobillər üçün Avro-7 tələbi qoyulur.

Avtosfer.az xəbər verir ki, indiyədək istehsal edilmiş Avro-6 standartlı modellərin satışı üçün son tarix 30 noyabr 2027-ci il müəyyən edilib. Bu tarixdən sonra ittifaq ərazisində yalnız Avro-7 standartlarına uyğun maşınların satışına icazə veriləcək.

Yeni standartlar əvvəlkindən daha ağır olub yalnız mühərrikə şamil edilmir. Normalara görə avtomobilin mühərriki ekoloji normalara uyğunluğunu 10 il və ya 200 min kilometr saxlamalıdır. Başqa sözlə, mühərrikin ömrünün əsas hissəsində.

Bundan başqa, təkərlərdən və tormozlama zamanı yaranan mikrohissəciklərlə bağlı da limitlər ciddiləşib. Yeni tələblər istehsalçıların daha qabaqcıl texnologiya tətbiq etməsini şərtləndirir.

Avro-7-yə keçid bazardakı ucuz avtomobillərin yoxa çıxması ilə nəticələnəcək. Ucuz modellərin təkmilləşdirilməsi istehsalçılara iqtisadi baxımdan səmərəli olmayacaq. 

Yeni normalar avropalı istehsalçıların qitədən kənarda istehsal etdiyi modellərə şamil edilmir.

Vüqar

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh