Yeni "Land Cruiser" in qiyməti 100 min manatdan başlayır

Toyota şirkəti Land Cruiser 200 modelinin ən bahalı modifikasiyasını təqdim edib. Kral Arturun qılıncının şərəfinə Excalibur adlandırılan yolsuzluq avtomobili Rusiya bazarı üçün nəzərdə tutulubdur.
Toyota Land Cruiser 200 Excalibur digər qardaşlarından ön və arxa bamperin tərtibatı, başqa radiator barmaqlığı, ön duman əleyhinə fənərlərin haşiyəsi, 20-düymlük təkər diskləri və xüsusi seriyanın emblemləri ilə fərqlənir. Avtomobilin interyeri maraqlı tərtibata malikdir. Avtomobilin salonu azərbaycanlıların “paxlava salon” adlandırdığı robmşəkilli tikişləri olan dəlikli dəri ilə üzlənmişdir. Xatırladaq ki, Toyota Land Cruiser 200 modeli Azərbaycan bazarında 106300 manatdan başlayan qiymətlərə satılır. Ofroder Comfort+, Status, Status+ və Special Edition təchizat səviyyələrində, 249 at qüvvəli 4.0-litrlik və 318 at qüvvəli 4,6-litrlik V8 benzin mühərrikləri, həmçinin 235 at qüvvəli 4,5-litrlik dizel mühərriki ilə təklif edilir.
Orxan
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












