Yeni nəsil "Volkswagen Jetta" - FOTO

Volkswagen şirkəti Jetta sedanının növbəti nəslinin tizerini dərc edib. Tizerdə avtomobilin profili görüntülənib. Bu tizer alman istehsalçının Kanada nümayəndəliyinin saytında peyda olub.
Elə həmin saytda, yeni nəsil sedanın premyerasına qalan vaxtı göstərən geri sayım sayğacı da işə salınıbdır. Bu xəbər yazılan ana, sayğac avtomobilin təqdimatına 50 gün 14 dəqiqənin qaldığını göstərir. Böyük ehtimalla, Volkswagen Jetta modelinin növbəti nəslinin kütləvi təqdimat mərasimi gələn ilin yanvar ayında keçiriləcək Detroyt avtosalonunda baş tutacaqdır.
Bir müddət bundan öncə, yeni Jetta sedanının xəsus fotoşəkilləri yayılmışdı. Şəkillərdə Jetta modelinin amerika bazarı üçün nəzərdə tutulan sadə variantıdır.
Bunu rənglənməmiş qapı dəstəklərindən və qara sadə təkər disklərindən bilmək olar. Avtomobilin ön tərəfinin dizaynı kupeşəkilli Arteon modelinin üslubunda həll edilib. Bu model artıq yeddi il satılan altıncı nəsil Jetta avtomobilini əvəz edəcəkdir.
İlkin məlumata görə, növbəti Jetta modeli MQB modul platformasında yaradılacaq və sələfindən uzun olacaqdır. Amerika bazarı üçün nəzərdə tutulan model 1.4 və 2.0 TSI mühərrikləri ilə təchiz ediləcəkdir. Başqa bazarlarda isə, VW Jetta 1.5 və 1.6-litrlik güc aqreqatları ilə təklif ediləcəkdir. (Autograph)

ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












