Yeni nəsil "Volkswagen Polo" sedanı belə olacaq

Bu günlərdə internet şəbəkəsində Volkswagen Polo sedanının növbəti nəslinin ilk rəsmi təsviri yayılıb. Braziliya bazarı üçün nəzərdə tutulan və Virtus adlandırılan sedanın şəkli, Instagram sosial şəbəkəsindəki səhifəsində yerli avtomobil nəşrinin redaktoru Fernando Kalmon tərəfindən dərc edilib.
Jurnalistin bildirdiyinə görə, yeni model 2018-ci ilin yanvarında təqdim ediləcəkdir. Hərçəndi yığcam sedanın bu il debüt edəcəyi gözlənilirdi. Məlumdur ki, Azərbaycan bazarında satılacaq sedan alman şirkətinin Rusiyadakı zavodunda buraxılmalıdır. Lakin, modelin Rusiyada nə zaman bazara çıxacağı barədə məlumat verilməyib.
Xatırladaq ki, bu ilin avqust ayında yeni sedanın dizaynı qismət açıqlanmışdı. Cəsuslar tərəfindən çəkilmiş şəkillərdə yeni avtomobilin cihazlar paneli və multimedia sisteminin yeni ekranı təsvir olunmuşdu. Yeni nəsil Volkswagen Polo sedanının120 at qüvvəli 1,6-litrlik atmosfer benzin mühərriki və 128 at qüvvəli 1,0-litrlik turbomühərrik ilə təchiz olunacağı ehtimal edilir. (Autograph)
Orxan
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












