“Yolda gedəndə saxlatdırırlar”: Maşını ilə yaşıd olan sürücü – VİDEO

Sovet istehsalı olan "Qaz 21" Volqa maşını şəhər sakinlərinin diqqət mərkəzindədir. Avtosfer.az arb24.az-a istinadən xəbər verir ki, 1960-ci ildə istehsal olunan avtomobil hələ də saz vəziyyətdədir. Avtomobilin sahibi gənc yaşlarından belə maşınlara marağı olub. "Qaz 21" öz yaşıdı olan sahibini darda qoymayıb. Ehtiyat hissələrinin əksəriyyəti isə zavod istehsalı olan müddətdən bu yana dəyişilməyib. Bu avtomobil hətta ona pul da qazandırır. Retro avtomobilin sahibi 57 yaşlı Ərəstun Paşayev deyir ki, toy edənlər gəlin maşını üçün onun avtomobilini seçirlər. Ərəstun Paşayev: "Böyük həvəsim var. Çünki bu maşınlardan bizim ağsaqqallarda olmuşdu. Yolda gedəndə maraqlanırlar, saxlatdırıb şəkil çəkirlər. Toy-nişan, ad günlərinə dəvət edirlər". Maşında bir nasazlıq hiss edərsə, o özü ona əl gəzdirir. Deyir ki, bu avtomobilə yüksək məbləğ təklif edənlər də olub, amma Volqanı satmağı belə ağlından keçirməyib. Ərəstun Paşayev artıq bir neçə ildir ki, şəhid ailələri üçün pulsuz xidmət göstərir.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












