13 yaşlı oğlan traktorla bütün işləri sərbəst şəkildə görür - VİDEO
Lənkəranda 13 yaşlı oğlan traktorla bütün işləri görür. O, sərbəst şəkildə əkin yerlərini şumlayır, biçilmiş otları bir yerə yığır. Traktorda nasazlıq baş verəndə isə özü təmir edir. Avtosfer.az-ın məlumatına görə, Lənkəranın Liman şəhər sakini 13 yaşlı İsmayıl İsmayılzadənin hələ uşaq yaşlarından bu texnikaya xususi marağı olub. Artıq 4 ildən çoxdur ki, əkin sahələrində istifadə etdikləri traktorun sükanı arxasında əyləşir. Hazırda atasına aid olan traktoru qonşuları Ramil Əliyev idarə edir. Balaca İsmayıl da qonşusu ilə birgə texnikanın sirləini öyrənir. İsmayıl təkcə sürməyi deyil, traktorla sahədə görülən digər işləri də ustalıqla bacarır. O, sərbəst şəkildə əkin yerlərini şumlayır, bıcılmış otları bir yerə yığır. İş görən vaxtı əgər texnikada nasazlıq yaranarsa, heç kimə ehtiyac yoxdur. Çünki Ismayıl özü problemi aradan qaldıra bilir. Bütün bu bacarıqlarına rəğmən, o, təhlükəsizlik qaydalarına mümkün qədər riayət etməyə çalışır. İsmayıl avtomobil yollarına çıxmamağa çalışır və traktoru əsasən sahədə, digər nəqliyyat vasitələrinin və insanların az olduğu ərazidə idarə edir. 13 yaşlı İsmayılın arzusu isə gələcəkdə özünə müasir traktor almaq və peşəkar mexanik olmaqdır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












