30-dan çox cəriməsi olan sürücü əks yola çıxıb qəza törətdi – Özü və ailəsi öldü - FOTO - VİDEO

Rusiyanın Tambov vilayətində ailə faciəsi yaşanıb. Avtosfer.az xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində bir ailənin dörd üzvü həyatını itirib.
Məlumata görə, "BMW X5" markalı avtomobilin sürücüsü yüksək sürətlə ötüb keçmə əməliyyatı yerinə yetirərkən öz zolağına qayıtmağa imkan tapmayıb. Əks zolağa çıxan maşın qarşıdan gələn ağır tonnajlı yük avtomobili ilə toqquşub.
Zərbənin gücündən "BMW" deformasiyaya uğrayıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı və iki uşağı aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Yük maşınının sürücüsü isə qəzadan xəsarətsiz ötüşüb.
Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, sükan arxasında olan və ailəsi ilə birgə həlak olan sürücü xroniki qayda pozanı olub. Onun təkcə bu il ərzində sürət həddini aşdığına görə 30-dan çox protokolu və cəriməsi qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
















