Aereport yolunda ölüm saçan avtomobil - Yol polisi onu niyə saxlamadı? - FOTO - VİDEO
Sürücü heç bir təhlükəsizlik tələblərinə cavab verməyən minik avtomobilini paytaxt yollarında idarə edir. Avtosfer.Az İnterpress.az-a istinadən xəbər verir ki, aereport yolunda hərəkət edən "VAZ” markalı minik avtomobili görənləri heyrətləndirib.
İstismar müddəti çox olan, təhlükəsizlik tələblərinə cavab verməyən texniki nasaz avtomobilin paytaxt yollarında hərəkəti digər nəqliyyat vasitələrinin də hərəkətinə təhlükə yaradıb. Bununla yanaşı, sözügedən nəqliyyat vasitəsində azyaşlı sərnişinlərin də olması təəssüf doğurub. Avtomobilin arxa şüşəsinin və baqaj qapısının olmaması sərnişinlərin də həyatını təhlükəyə atıb. Belə ki, 10-DE-436 dövlət qeydiyyat nişanlı “VAZ” 21 011 markalı avtomobilin arxa hissəsinin tam sökülərək açıq olması sərnişinlərin həyatı üçün təhlükə yaratmaqla yanaşı, eyni zamanda, digər hərəkət iştirakçıları olan nəqliyyat vasitələri üçün də təhlükə yaradıb.
Görüntülərdən də yüksək sürətlə hərəkətdə olan nəqliyyat vasitəsinin texniki baxışdan keçmədiyi aydın görünür. Avtomobilin texniki avadanlıqlarının əksəriyyətinin isə üzərində olmadığı açıq-aşkar müşahidə olunur. Amma buna baxmayaraq, yol boyu xidmət aparan yol polisləri heç bir təhlükəsizlik tələblərinə cavab verməyən minik avtomobilinin yaratdığı təhlükəyə heç bir reaksiya verməyib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO

















