Anası maşında ola-ola 2 yaşlı uşaq təhlükə yaratdı - VİDEO

Azyaşlı uşaq sükan arxasına keçərək təhlükəli anların yaşanmasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Voronej şəhərində baş verən hadisə kameraya düşüb.
Belə ki, şəhərdə yaşayış komplekslərinin birinin həyətində “Lada Granta” markalı avtomobildə olan 2 yaşlı uşaq nəqliyyat vasitəsini hərəkətə gətirib. Səki bəndini aşan avtomobil kolluqları keçərək uşaq meydançasındakı sürüşkənə çırpılıb.
Hadisə baş verən an meydançada oynayan uşaqlar son anda qaçaraq canlarını qurtara biliblər. İlkin məlumatlara görə, uşağın anası həmin vaxt avtomobilin salonunda olub, lakin maşının hərəkətə başladığını vaxtında fərq etməyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












