Aprel döyüşləri ilə bağlı oyun hazırlandı: "Yüksəklik" - VİDEO
Aprel döyüşlərinə həsr olunan və Azərbaycan proqramçılarının yazdığı "Yüksəklik" virtual reallıq döyüş oyunu hazırlanıb. Avtosfer.az-ın məlumatına görə, oyun Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinin rezidenti olan şirkətlərdən biri tərəfindən hazırlanıb. Oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi Lələtəpə yüksəkliyindən ilhamlanıb. 2018-ci ildə Türkiyədə oyun sərgisində istifadəçilərə təqdim olunan oyun ziyarətçilərin böyük marağına səbəb olub. Oyun Azərbaycanda da yüksək səviyyədə maraq cəlb etdikdən sonra onun daha da təkmilləşdirilərək virtual hərbi simulyator kimi inkişaf etdirilməsinə qərar verilib. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən əlavə vəsait ayrılıb.
Hazırda layihə daha da təkmilləşdirilir və Silahlı Qüvvələr üçün hərbi simulyator prototipi kimi iki müxtəlif layihə formasında hazırlanır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












