Avtobus sürücüsü sərnişinləri təhlükəyə atdı - VIDEO
Sosial şəbəkələrdə 165 nömrəli marşrutla hərəkət edən sərnişinlərdən biri mobil telefonla çəkdiyi videogörüntünü paylaşıb. Belə ki,04.10.2018 tarixində təxminən 15:00-15:30 radələrində, Azadlıq prospektində 8-ci km istiqamətinə gedən yolda çəkilən videodan görünür ki,165 nömrəli marşrut avtobusunun sürücüsü sərnişinlərlə dolu avtobusu idarə edərkən çəkiliş boyu mobil telefondan istifadə edir. Avtobusu isə bir əllə idarə edir. Bu yol-hərəkət-qaydalarını pozmaqla bərabər həm avtobusdakı sərnişinlərin,həm də digər hərəkət iştirakçılarının həyatına açıq-aşkar təhlükədir. Çünki hər hansı xoşagəlməz hal zamanı sürücü vaxtında reaksiya verə bilməyəcək və ağır faciələrin baş verməsi qaçınılmaz olacaq.
Görünür hətta bir neçə gün bundan qabaq olan ağır faciə belə bu sürücü üçün bir ibrət olmayıb. Ümid edirik ki,bütün aidiyyatı orqanlar bu məsələyə lazımi reaksiya verəcəklər. Çünki məsələ sürücünün cərimələnib həmin xətdən uzaqlaşması ilə öz həllini tapmır. Bu gün bu xətdən uzaqlaşdırılan sürücü,sabah başqa bir xətt üzrə fəaliyyətə başlayıb öz "işini" davam etdirir.
Ümumiyyətlə belə sürücülər mərkəzi sistemdə qeyd olunmalı,gələcəkdə heç vaxt sərnişindaşımada fəaliyyət göstərə bilməməlidir. Bundan əlavə ən böyük cəza isə həmin marşrut xəttinin sahibinə verilməlidir. Ancaq videodan o da görünür ki,avtobusun alın şüşəsi çatlardan ibarətdir və həmin hissədə də sürücü üçün yolun görünməsi məhdudlaşıb.
Hər hansı qəza zamanı isə o qırıq alın şüşəsi ağır faciələrə səbəb ola bilər. Öz marşrut avtobuslarına və sərnişinlərinə belə biganə yanaşan marşrut xəttinin belə sürücüsü olması heç də təsadüf və təəccüblü deyil.
Kənan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












