Avtobus sürücüsü xarici görünüşü ilə hər kəsi heyran qoydu - VİDEO

Rusiyanın Rostov-na-Donu şəhərində avtobus sürücülərindən birinin xarici görünüşü sərnişinlərin təəccübünə səbəb olub. Onlar güman ediblər ki, ictimai nəqliyyatın sükanı arxasında məktəbli əyləşib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, müvafiq videoçarxı sosial şəbəkələrdə sürücü Darya Sergeyeva yerləşdirib. Şəkildən göründüyü kimi, sükan arxasında xarici görünüşündən yaşı 18-dən də az olan yeniyetmə əyləşib. O, etiraf edir ki, sürücülük vəsiqəsi yoxdur və bu zaman “yeniyetmənin” narahatlıq keçirdiyi hiss olunur. Şəhər sakinlərinin narazılığına operativ reaksiya göstərən polislər məsələ ilə bağlı araşdırma aparıblar və məlum olub ki, “yeniyetmə”, əslində, 25 yaşlı kişidir. “Yoxlama aparılıb. Müəyyən olunub ki, sürücünün təxminən 25 yaşı var və onun ictimai nəqliyyatı idarə etmək hüququ verən vəsiqəsi mövcuddur”, - deyə Rusiya DİN-nin regional baş idarəsindən bildiriblər. Qeyd olunur ki, həmin şəxs hazırda da Rostov-na-Donu şəhərində avtobus sürməkdə davam edir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












