Avtomobil xarab olduqda nə etməli? - VİDEO
Qış fəslinə hazırlıqlar həyata keçirildiyi kimi, avtomobillər yaya da hazır olmalıdır. Bu məsələyə səhlənkarlıqla yanaşan sürücülər əksər hallarda yollarda qalırlar. Avtomobillərin problemi əsasən günün qızmar vaxtında və tıxaclarda özünü birüzə verir. Qızmar yay istisinə hazır olmayan avtomobil həm sahibinə əziyyət verir, həm də yol hərəktinin digər iştirakçılarına. Maşının xarab olması nəticəsində yolda qalmasının əziyyətini hamı çəkməli olur.
Avtosfer.Az-ın xəbərinə görə, ekspertlər deyirlər ki, avtomobildə texniki problem yarandıqda sürücü nəqliyyat vasitəsini dərhal yolun kənarına çəkərək saxlamalıdır. Bu zaman qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir. Avtomobil ustası Cavid Əliyev deyir ki, yayın istisi hələ qarşıda olduğundan maşınlarda elektrik və su soyutma sistemlərində təmizləmə işləri aparılmalı, hava filtirləri yenisi ilə əvəz edilməlidir. Bununla yanaşı, avtomobillərin əyləc mayelərinə də fikir vermək lazımdır.
Mütəxəssisin sözlərinə görə, qış fəsilində mühərrikin yağı 8-11 min kilometr arası dəyişdirilirdisə, yayda bu göstərici 6 mini keməməlidir. Cavid ustanın sözlərinə görə, yayda yolda qalmağın səbəblərindən biri də avtomobilin ön hissəsində yerləşən pərin qabağına kardon və ya politelinin qoyulması ola bilər. Əksər hallarda qışda qoyulan bu vasitələr yaddan çıxaraq yayda da avtomobillərdə qalır. Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyir ki, sürücü problemlə qarşılaşmamaq üçün yola çıxmazdan əvvəl idarə etdiyi nəqliyyat vasitəsinin texniki cəhətdən hazır olmasına əmin olmalıdır.
Mütəxəssislərin sözlərinə görə, yolda qalan sürücü avtomobildəki nasazlığın səbəbini bilmirsə, müdaxilə etməsi düzgün deyil. Bu, qısaqapanma ilə nəticələnə bilər. Ekspertlər belə hallarda tıxacların yaranmaması və yanlış addımların atılmaması üçün evakuator xidmətindən yararlanmağı məqsədə uyğun hesab edirlər.
24.arbtv.az
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












