Avtomobilinizi yanmaqdan bu cür qoruyun – VİDEO

Avtomobil qəflətən alışır, yanır, külə dönür. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, son zamanlar bu kimi hadisələr tez-tez baş verir. Ekspertlər bildirir ki, daha çox hərəkət zamanı baş verən bu hallar, əsasən, xarici ölkələrin istehsalı olan nəqliyyat vasitələrində qeydə alınır. Bəs, avtomobillərin alışmasına səbəb nədir? Zovod qüsuru, sürücü məsuliyyətsizliyi, yoxsa usta naşılığı?
Sürücü: "Əlavə avadanlıqlar quraşdırılır. Nəticədə də yanğınlar baş verir. Onlar olmazsa, yanğınlar da baş verməz".
Sürücü: "Əlavə işıqlar qoyulur. Maqnitafonu düzgün quraşdırmırlar. Arxaya səsgücləndiricilər düzgün quraşdırılmır. Ona görə də belə olur".
Sürücü: "Sürücü də, usta da məsuliyyətsiz ola bilər".
Bu sahə üzrə mütəxəssislər isə deyir ki, avtomobillərdə baş verən yanğın hadisələrinə birinci növbədə qeyri-peşəkar ustaların səhlənkarlığı səbəb olur.
Vüqar Şuliyev - usta: "Sürücü gəlir ustaya deyir ki, "mənimçün "ksenon" deyilən aparat var onu quraşdır". Bildiyimiz kimi o da Çin istehsalıdır. Onlar məsləhətli deyil, çünki yanmağa meyillidir. Özünün zavod istehsalı nəyi varsa onlarla kifayətlənmək yaxşı olar. Sürücü görürsə, usta yamaq edir, düzgün quraşdırmır, o zaman icazə verməməlidir. Burada hər iki tərəfdə günah var.
Bəs, yanğın zamanı sürücü hadisənin qarşısını necə almalıdır?
Ərşad Hüseynov - ekspert: "Avtomobillərdə odsöndürən olmalıdır. Hər zaman istifadəyə yararlı vəziyyətdə olmalıdır və sürücü onun bunlardan istifadə qaydasını bilməlidir. Demək, avtomobilin alışması usta naşılığı olsa da külə dönməsi sürücü məsuliyyyətsizliyidir. Diqqətli olmaq lazımdır ki, yolda yanmayaq.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












