Ayaqları ilə maşın qaldırır - Pəhləvanın bacarığı hər kəsi heyran edir - VİDEO
Ayaqları ilə maşın qaldırır, hələ bu azmış kimi uzandığı yerdə ştanqla idman edir... Avtosfer.az-ın məlumatına görə, qazaxlı pəhləvan İsrafil Məmmədov bacarığı ilə hər kəsi heyran edir. Pəhləvan həmçinin tələbələri olan oğlu, 8 yaşlı Məhəmmədəli Məmmədzadə və 14 yaşlı qardaşı oğlu Nurlan Məmmədzadə ilə Gürcüstanda keçirilən ağırlıqqaldırma üzrə Avrasiya çempionatında bütün rəqiblərini qabaqlayaraq turnirin qızıl medalını qazanıblar. Pəhləvan Məmmədovlar bu uğuru 15-dən çox ölkənin pəhləvanlarının qatıldığı yarışda əldə ediblər. Amma pəhləvanlarımız üçün turnir elə də asan keçməyib. Yarışda Avropa və Asiyanın bir neçə ölkəsindən güclü idmançılar təmsil olunub ki, bu da qələbənin qazanılmasını olduqca çətinləşdirib.
İsrafil Məmmədovun yetirmələri bundan əlavə bir neçə yerli və beynəlxalq turnirlərin qalibi olublar. 30 ildən çoxdur ağırılıqqaldırma üzrə məşğul olan pəhləvan ağırtonnajlı avtomobilləri cüssəsi ilə çəkməklə tanınır. Pəhləvanın növbəti hədəfi avtomobili kürəyi ilə qaldırmaqdır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












