Azərbaycanda avtobusu 160 km sürətlə sürdülər - VİDEO

Sərnişin avtobusu magistiral yolda yüksək sürətlə hərəkət edir. Avtosfer.az xəbər verir ki, kadrlar Baki-Qazax avtomobil magistralında çəkilib. Yüksək sürətlə hərəkət edən avtobusun sürücüsü sanki magistralda yox, yarış meydançasındadır. Sürücu avtobusu saatda 160 km sürətlə idarə edir. Sürücü hətta döngələrdə də sürətini azaltmır. 10 RO 299 dövlət qeydiyyat nişanlı avtobusun içində sərnişinlərin olub-olmadığı aydın görünmür.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, burda həm videonu çəkən, həm də avtobusun sürücüsü sürət həddini kobud şəkildə pozur. Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz. Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.
Ekspert qeyd edir ki, bu kimi halların qarşısını almaq üçün mütləq sərnişin avtobuslarına nəzarət gücləndirilməlidir. Əks halda sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və bu kimi qayda pozuntuların sayı arta bilər.
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, görüntülərə uyğun olaraq araşdırma aparılacaq. Əgər sürət həddi videoda qeyd olunduğu kimi müəyyənləşərsə, hər iki sürücüyə qanunda nəzərdə tutulan qaydada cərimə tətbiq ediləcək.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












