Azərbaycanda maraqlı toy karvanı: 14 traktor toy karvanına qoşulub - VİDEO
Masallı sakini övladının kiçik toyunu maraqlı keçirməkdən ötrü qeyri-adi üsula əl atıb. 15-il traktor sürücüsü olan ata övladı üçün təşkil olunan toy məclisinə bahalı maşın karvanı ilə deyil, 14 traktorla gəlib. Traktorların iştirak etdiyi toy karvanı maraga səbəb olub.Avtosfer.az-ın məlumatına görə, Masallı rayonu Şərəfə kənd sakini Elvin Nəbiyev 15 ildir ki, traktor sürücüsü işləyir. Bu illər ərzində Elvin Nəbiyevin arzusu olub ki, oğlu dünyaya gələrsə onun kiçik toyunda məhz traktorunu bəzədərək övladını həmin traktorla şadlıq sarayına aparsın. Ata bu arzusunu həyata keçirə bilib. Belə ki, oğlu Elton Nəbiyev üçün təşkil etdiyi toy mərasiminə getmək üçün özünün idarə etdiyi traktoru bəzəyib. Ancaq onun dostları da traktor sürücüsü olduğundan bu toy karvanına özlərinin idarə etdikləri traktorlarla gəlməyə qərar veriblər.
Övladının bu xoş günü üçün belə bir maraqlı ideya fikirləşən ata traktorların rəngbərəng şarlarla bəzədilməsinin kənddə maraqla qarşılandığını görərək toy karvanında olan texnikaları rayonun mərkəzinə sürdürüb. İlk dəfə rayon mərkəzində 14 traktorla toy karvanı maraqlı görünütlərə səbəb olub.
Atasının dostları tərəfindən edilən sürpriz 6 yaşlı Elton Nəbiyevin də çox xoşuna gəlib. Traktorlardan təşkil olunumuş toy karvanı rayonun küçələrini gəzdikdən sonra şadlıq sarayına üz tutub.
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO











