Azərbaycanda pullu yollarla bağlı qərar qəbul edildi -VİDEO
Azərbaycanda pullu yolların texniki cəhətlərini müəyyən edən qərar təsdiq edilib.
Avtosfer.Az bildirir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması müəyyən edilib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Nazirlər Kabinetinin son qərarında göstərilir ki, ödənişli yolun mövcudluğu barədə əhaliyə məlumat verilməlidir. Həmin yolun girişində lövhələr qoyulmalıdır. Daha sonra orda xüsusi texniki vasitlər olmalıdır ki, həm yerində, həm də başqa vasitələrlə ödəniş etmək mümkün olsun.
O əlavə edib ki, hansısa yolun ödənişli elan edilməsi ilə bağlı qərar ölkə başçısı tərəfindən verilir və Tarif Şurası tərəfindən həmin yol üçün alınacaq rüsum müəyyən edilir. Amma bunun olması üçün qanunvericilikdə iki əsas şərt var ki, ölkəmizdə də bu şərtlərə cavab verən yol yoxdur.
Bundan başqa, ekspertin sözlərinə görə, dünya təcrübəsində yolun hər kilometri üçün təyin edilən ödənişin məbləği elə də böyük olmur və hər kəs oradan rahat şəkildə istifadə edə bilir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












