Azərbaycanda "yol terroru": 5 ölü, 11 yaralı var - VİDEO
Yevlaxda dəhşətli qəza olub. Avtosfer.az-ın məlumatına görə, yük maşını mikroavtobusla toqquşub, 3 sərnişin dünyasını dəyişib. Dəhşətli qəza Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib. Sərnişin dolu mikroavtobus paytaxta doğru hərəkət etdiyi zaman qarşıdan gələn yük maşınının təkəri qəfildən partlayıb, nəticədə avtomobil digər yola keçərək mikroavtobusa çırpılıb. Nəticədə sərnişinlərdən 3 nəfər- 12 yaşlı Emin Abdullayev, 38 yaşlı Samirə Musayeva, 45 yaşlı Ziyafət Ələsgərova hadisə yerində dünyalarını dəyişiblər. Digər 9 sərnişin xəstəxanaya çatdırılıb. Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndilir.
Qeyd edək ki, qəzada dünaysını dəyişən və xəsarət alanlar Şəmkir və Tovuz sakinləridir. Faktla bağlı araşdırmalara başlanılıb.
Şirvandakı qəza da ölümlə nəticələnib. Şəhərin Heydər Əliyev prospektində Şirvan sakini, 34 yaşlı Samiq Mustafayev avtomobilin idarəetməsini itirib, maşın işıq dirəyinə çırpılıb və bu zaman yanğın baş verib. Sərnişinlərdən biri Şirvan sakini, 29 yaşlı Türanə Bəşirova hadisə yerində ölüb, digər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Sumqayıt şəhərində isə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 77 yaşlı Sumqayıt şəhər sakini İman Tağıyev yaşadığı ərazisində yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayit şəhır Təcili Tibbi yardım xəstəxanasına çatdırılsada lakin o keçinib. Meyit müayinə üçün Sumqayıt şəhər morquna aparılıb. Sürücü məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












