Babək prospektində işlər nə yerdədir? - VİDEO
Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 km-ə yaxın olan Babək prospektinin yenidən qurulması işlərini davam etdirilir. Avtosfer.az-ın məlumatına görə, aparılan işlər çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bəzi ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində yolun 3 km-dən artıq hissəsində 3 qat olmaqla yeni asfalt örtüyünün döşənməsi işlərinə başlanılıb. Bundan başqa, prospekt boyu xeyli məsafədə mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Həmçinin köhnə piyada səkiləri bərpa olunur. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi "cib"li hissələr tikilir. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.
Tikinti layihəsi çərçivəsində hərəkətin normal təşkili və avtomobillərin prospektlə birləşən küçələrə rahat giriş-çıxışını təmin etmək məqsədi ilə Oktay Vəliyev, Kamran Əfkari və bir sıra küçələrdə də təmir işləri aparılır. Həmin küçələrdə piyada səkiləri və kommunikasiya xətləri yenilənib.
Yenidənqurma işlərinin bu ilin sentyabr-oktyabr aylarında yekunlaşdırılması nəzərdə tutulub. Bu yolun istifadəyə verilməsi paytaxtın nəqliyyat yükünün azaldılmasında əhəmiyyətli dərəcədə rol oynayacaq.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












